Azərbaycanlı həkim yeni tibbi alət ixtira etdi

Azərbaycanlı həkim, otolarinqoloqu, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyev tibb dünyasında yenilik sayılan dörd ixtira edib.

Metbuat.az xəbər verir ki, xüsusi konstruksiyalı adenotom, forseps (konxotom), bipolyar koaqulyasıyator ucluğu-pinset və sorucu ucluq alətlərin tətbiqi burun-udlaq qanaxmaların qarşısının alınması, qan laxtalarının təmizlənməsi və görmə sahəsinin daha da yaxşılaşmasına, əməliyyatdan sonrakı fəsadların baş verməməsinə səbəb olacaq.

Yaxın vaxtlarda həmin alətlərin kütləvi şəkildə istehsalına başlanılacağı gözlənilir.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sözügedən tibbi alətlərə müəlliflik hüququ verib.

Oral Mədənçi / Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR