"ABŞ-la müharibəyə hazırıq"

ABŞ və Şimali Koreya arasında gərginlik davam etməkdədir.

Metbuat.az bildirir ki, ABŞ-ın Koreya yarımadasına "USS Carl Vinson" təyyarə daşıyan gəmisi və başqa döyüş gəmilərini göndərməsi Şimali Koreyada olduqca sərt qarşılanıb. Ərazidə yarana biləcək istənilən fəlakətə məhz ABŞ-ın cavabdeh olacağı diqqətə çatdırılıb. Bununla yanaşı, ABŞ-ın istənilən hərbi fəaliyyətinə cavab veriləcəyi qeyd olunub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin Şimali Koreya ilə olan problemini təkbaşına həll edə biləcəklərini vurğulayıb.

Orxan / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR