Çətin vəziyyətdə qalan şəxs xilas olunub

Mingəçevirdə bağlı qapı arxasında qalan şəxs xilas olunub.

Metbuat.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Mənzilin giriş qapısı açılaraq vətəndaş aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 14:10-da başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR