ABŞ-ın Missuri ştatının İndependens şəhərində mərmi istehsal olunan fabrikdə partlayış baş verib.

Metbuat.az bildirir ki, nəticədə 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Partlayışın səbəbləri barədə məlumat verilmir. Fabrikin aşağı kalibrli güllə istehsalı etdiyi və tərkibində NATO-nun test mərkəzi olduğu vurğulanıb.

Orxan / Metbuat.az