İran ABŞ-ı təhdid etdi

İranın müdafiə naziri Hüseyn Dehqan amerikalıların bir daha Suriyaya hücum etdikləri təqdirdə bunun cəzasını ağır ödəyəcəklərini qeyd edib.

Metbuat.az bildirir ki, nazir rusiyalı həmkarı Sergey Şoyqu ilə baş tutan telefon danışığında ABŞ-ın Əsəd rejiminə aid bazanı vurmasını qiymətləndirib. O, ABŞ-ın beynəlxalq qanunlara zidd davrandığını dilə gətirib.

Qeyd edək ki, Əsəd rejiminin Suriyanın İdlib şəhərində kimyəvi silahlardan istifadə etməklə qətliam törətməsinə cavab olaraq ABŞ ordusu Homs şəhərindəki aviabazaya raket zərbələri endirib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR