"Trampın istefasına şampan qədəhi qaldıracağıq"

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ prezidenti Donald Trampın hərəkətlərinin impiçmentlə nəticələnəcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, o, bunları deyib: "Trampa səs verən amerikalıların yarısı fərqli xarici siyasət gözləyirdilər. Tramp verdiyi vədləri pozur, əgər bu belə də davam etsə, impiçment qaçılmazdır. Biz isə öz növbəmizdə Trampın istefasına şampan qədəhi qaldıracağıq".

Jirinovskinin sözlərinə görə, bütün dünya Rusiyaya dəskt olur: "Deyirlər ki, Rusiyanın heç bir müttəfiqi yoxdur. Yalnış düşüncədi, bizə bütün dünya dəstəkdir. Hamı Amerika - Rusiya münasibətlərini izləyir. Çoxluq Rusiyanın tərəfindədir".

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR