Everestin hündürlüyü yenidən ölçüləcək

Dünyanın ən yüksək dağı olan Everestin hündürlüyünün Nepalda baş verən zəlzələyə görə yenidən ölçüləcəyi bildirilib.

Metbuat.az xəbər verir ki, Everest zirvəsi Himalay dağlarında təxminən 28 dərəcə şimal eni ilə 87 dərəcə şərq uzunluğunda yerləşir. 8848 metr hündürlüklə dünyada ən uca zirvə sayılır. Nepalın paytaxtı Katmanduda 2015-ci ildə meydana gələn 7.9 bal gücündə zəlzələdən sonra zirvənin yüksəkliyinin dəyişib-dəyişmədiyi ilə bağlı fikirlər şaxələnib. Hindistan və Nepal hökuməti Everestin yenidən ölçülməsi istiqamətində birgə fəaliyyət göstərəcək.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR