Sərdar qumarda 50 milyon dollar uduzdu

Türkiyəli müğənni Sərdar Ortac müsahibəsi zamanı maraqlı fikirlər səsləndirib.

Metbuat.az bildirir ki, ona qumar oynayıb-oynamaması ilə verilən suala belə cavab verib: " Əvvəlki kimi böyük məbləğlərlə oynamıram. İndi özümü məşğul edəcək, depressiv ab-havadan çıxaracaq yeni məşğuliyyətə başlamışam". Müğənni özünə yarış atı aldığını söyləyib. Onun sözlərinə görə, "Chloe" adlı at Nyu-Yorkda yarışlara çıxır.

O, bununla yanaşı indiyədək qumarda 40-50 milyon dollar uduzduğunu və əməlindən peşman olduğunu əlavə edib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR