Meksikada sərnişin avtobusunun benzin daşıyan avtomobillə toqquşması nəticəsində azı 29 nəfər ölüb, 9-u isə yaralanıb.

Metbuat.az bildirir ki, Qəza ölkənin cənub qərbindəki Petakalko şəhərində baş verib. Polis ətrafı nəzarətə götürüb. Ölənlərdən çoxunun tamamilə yandığı deyilir.

Orxan / Metbuat.az