Yeni Zelandiyanın Şimal Adasında tüğyan edən Kuuk qasırğası 15 mindən çox sakinin elektriksiz qalmasına səbəb olub.

Metbuat.az bildirir ki, bölgədə əksər evləri su basdığı, yolların bağlandığı diqqətə çatdırılıb. Adada elektrik enerjisinin nə vaxt bərpa olunacağı sual altındadır.

Havke körfəzində avtomobilin üzərinə ağacın aşması nəticəsində 2 nəfər xəsarət alıb. Yeni Zelandiya Mülki Müdafiə və Təcili Yardım Rəhbərliyi Nazirliyindən edilən şərhdə, enerji xətlərinin qopduğu bölgələrdə yaşayanların diqqətli olmaları barədə xəbərdarlıq edilib.

Orxan / Metbuat.az