Türkiyəli reklamçı və aktyor Orhan Yücel intihar edib.
Metbuat.az bildirir ki, o, bir qadını sevdiyini və sevgisinin qarşılıqsız olduğuna görə özünə qəsd edəcəyini "facebook"-da canlı yayım funksiyası ilə söyləyib. Daha sonra yüzlərlə həb qəbul edib. Bundan sonra aktyor evində huşsuz vəziyyətdə aşkarlanıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Orxan / Metbuat.az