Venesuela prezidenti Nikolas Maduro ölkəsində hakimiyyət əleyhinə davam edən iğtişaşlarda əsas günahkarın ABŞ olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, müxalif qüvvələrin hazırladığı növbəti nümayişin məhz ABŞ-da planlaşdırıldığını diqqətə çatdırılıb. Venesuelada bu gün gecə saatlarında böyük etirazların baş verəcəyi gözlənilir. Maduro təhlükəsizlik qüvvələrinin bir neçə dəfə artırılacağını deyib.

Qeyd edək ki, Venesuela Ali Məhkəməsi iki həftə əvvəl Konqresin səlahiyyətlərinin əlindən alınması haqda qərar verdikdən sonra hökumət əleyhinə etirazlar başlayıb. 6 nəfərin həyatını itirdiyi aksiyalarda 17 nəfər yaralanıb.

Orxan / Metbuat.az