Nigeriyanın Kross River əyalətində UEFA Avropa Liqasının dörddəbir final qarşılaşması olan "Mançester Yunayted" - "Anderlext" oyununu izləmək üçün bir yerə toplaşan şəxslər bədbəxt hadisə ilə üzləşiblər.
Metbuat.az bildirir ki, yüksək gərginlikli elektrik xətlərinin insanların üzərinə aşması nəticəsində 30 nəfər ölüb, 50-dən çoxu yaralanıb. Polis hadisənin baş verdiyi ərazini nəzarətə götürüb.
Orxan / Metbuat.az