Venesuelada hökumət əleyhinə davam edən etirazlar zamanı baş verən iğtişaşlarda ölənlərin sayı 22-yə çatıb.
Metbuat.az bildirir ki, ölüm hadisəsinin əksəriyyəti paytaxt Karakasda qeydə alınıb. 9 nəfərin elektrik sobasından istifadə edərkən ehtiyatsızlıq nəticəsində öldüyü deyilir. Bununla belə nümayişçilər geri çəkilməməkdə israrlıdırlar. Ölənlərin və xəsarət alanların sayının artacağı istisna olunmur.
Orxan / Metbuat.az