Xaçmazda yanğın hadisəsi baş verib.
Metbuat.az bildirir ki, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kvadrat metr olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.