Bəzən hansısa xəstəliyə görə, bəzən qəza nəticəsində, bəzən intihar, bəzən də qətl hadisəsi ucbatından ölüm halları baş verir.
Bu gün biz sizə dünya üzərində olan ən qəribə ölüm hadisələrindən xəbər verəcəyik.
Hansı ki, siz bu ölüm hadisələrini oxuyarkən inanmayacaqsınız, güləcəksiniz və sizin üçün çox maraqlı olacaq.

Avstriyalı Hans Steininger dünyanın ən uzun saqqalına sahib insanı kimi məşhur olmuşdu.
Lakin onu məşhur edən bu saqqalı eyni zamanda ölümünə də səbəb oldu. 1567-ci ildə bir gün Hansın qəsəbəsində böyük bir yanğın çıxdı.
Hans, saqqalını toplamağı unudub. Yanğından qaçmaq istəyərkən saqqalı ayaqlarına dolaşıb və yıxılaraq burnunu sındırdı.
Buna görə də, alovlar içində qalaraq dünyasının dəyişib.

1771-ci ildə 61 yaşında olarkən, süfrədə olan ətlərin, xərçənglərin, şorbaların, hisə verilmiş balıqların, şampan və ən sevdiyi şirniyyatlardan 14 dənə yedikdən sonra ölüb.

Çinli şair Li Ponun Çin ədəbiyyat tarixində iki böyük şeiri yer alır. Lakin Li Po həmişə sərxoş olaraq gəzərdi. Bir axşam “Yantszı” çayında botu ilə gedərkən suya əks olunan Ayla qucaqlaşmaq istədi və boğularaq öldü.

1871-ci ildə məhkəmədə müvəkkilini müdafiə etdiyi zaman jüriyə tapançanın istiqamətini göstərmək istəyərkən qəza ilə özünü vurdu.
Nəzəriyyəsi doğru idi və müvəkkili günahsız idi, amma bunu isbat etmək üçün etdiyi nümayişdə həyatını itirdi.

1911-ci ildə fransız dərzi Franz Reichelt öz kəşfini test etmək qərarına gəlib. Özünün hazırladığı paraşütlə “Eyfel” qülləsindən yerə atlayıb. Əslində çox sürpriz bir ölüm olmayıb. Şahidlərin dediklərinə görə, yerə düşərkən son sözü bu olub: “Deyəsən nəyisə düz etməmişəm”.