Türkiyədə "Uşaqlar günü" adlandırılan 23 aprel böyük canfəşanlıqla qeyd olunur.
Metbuat.az bildirir ki, türkiyəli aktrisa Serenay Sarıkaya uzun illər öncə məhz bu gündə çəkilən fotolarını paylaşıb. "Fi" serialında baş rolu ifa edən aktrisa foto ilə bərabər öz fikirlərini bölüşüb: "23 Aprel Milli Suverenlik günü və Uşaqlar bayramınız qutlu olsun. Uşaqlar gələcəyimizin zəmanəti, həyata olan sevincimizdir".