Liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.
Metbuat.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Liftin qapısı açılaraq vətəndaşın çıxmasına şərait yaradılıb. Əməliyyat saat 17:50-də başa çatıb.