Venesuela prezidenti Nikolas Maduro ölkədə səngimək bilməyən etirazlardan dolayı nəhayət ki, müxalifətlə danışıqlar aparılacağını söyləyib.

Metbuat.az bildirir ki, bir neçə həftədir ölkədəki iqtisadi böhran səbəbiylə davam edən və 22 nəfərin həyatını itirməsinə səbəb olan aksiyanın gedişatında prezident müxalifətlə müzakirələr aparmağın qaçılmaz olduğunu anlayıb. Hətta o, yeni seçkilərin keçirilməsi təklifi ilə də çıxış edib. Ancaq bu yalnız ölkədəki bələdiyyə və qubernator seçkilərinə aiddir. Prezident seçkilərinin yenidən keçirilməsi inandırıcı görünmür.

Qeyd edək ki, Venesuelada etirazlar Konstitusiya Məhkəməsinin müxalifətin tabeliyindəki Konqresin səlahiyyətlərini ləğv etməsindən sonra başlayıb. Bu günədək 22 nəfər ölüb, 700-ə yaxın şəxs isə həbs olunub.

Orxan / Metbuat.az