Egey dənizində miqrantları daşıyan qayığın batması nəticəsində azı 12 nəfər ölüb.
Metbuat.az bildirir ki, miqrantlar Yunanıstanın Midili adasına getmək üçün dənizə çıxıblar. Cəsədlərdən bəzisi adanın şimal sahillərində aşkar edilib. Xilas olan iki nəfərdən birinin hamilə qadın olduğu deyilir. Onların sözlərinə görə qayıqda təxminən 25 miqrant olub. İtkin düşənlərin axtarışları davam etdirilir.
Orxan / Metbuat.az