Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusunun bir hərbçisi öldürülüb.

Ermənistan mətbuatının verdiyi məlumata görə, hadisə bu gün baş verib.

Cəbhə xəttində xidmət edən 1998-ci il təvəllüdlü əsgər Karen Armenoviç Avetisyan naməlum şəraitdə aldığı ağır xəsarətdən ölüb.

Hazırda hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

Xatırladaq ki, ötən gün saat 17.50 radələrində atəşkəs rejimini pozan 1997-ci il təvəllüdlü Harek Arutunyan Azərbaycan ordusunun cavab atəşi ilə məhv edilib. // APA