Bakıda yanğın hadisəsi baş verib.

Metbuat.az bildirir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kvadrat metr olan birmərtəbəli 1 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.