Türkiyənin Çorum əyalətindəki Əlioğəli kəndində güclü yanğın baş verib.
Mtbuat.az bildirir ki, əvvəlcə evlərin birində başlayan yanğının əhatəsi küləyin də təsirilə genişlənib. Kəndlilərin bütün cəhdlərinə baxmayaraq, yanğının qarşısını almaq mümkün olmayıb. Təhlükəsizlik qüvvələrinin əraziyə cəlb olunması nəticəsində yanğın nəzarətə götürülüb. 50 evin zərər gördüyü açıqlanıb. Xəsarət alan yoxdur.
Orxan / Metbuat.az