Kubada Artemisa vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Metbuat.az bildirir ki, qəza nəticəsində 8 nəfər həlak olub.

Xəbərdə deyilir ki, təyyarə Aerogaviota" aviaşirkətinə məxsus olub.

xxx xxx xxx

Kubada radarlardan itən göyərtəsində 39 nəfər olan "An-26 sərnişin təyyarəsi qəzaya uğradığı məlum olub.

Metbuat.az bildirir ki, qəza Pinar-del-Rio vilayətində baş verib.

Fəlakətin qurbanlarının dəqiq sayı hələlik məlum deyil.

xxx xxx xxx

Kubada Sərnişin təyyarəsi "An-26" radarlardan itib.

Metbuat.az bildirir ki, təyyarənin göyərtəsində 39 nəfər olub.

"Aerogaviota" aviaşirkətinə məxsus təyyarə Barakoa hava limanından reys edirdi.

Hələlik sərnişinlərin və ekipajın taleyləri barədə məlumat yoxdur.