Bakının Binəqədi rayonunda mənzildə 1 nəfərin meyiti tapılıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1979-cu il təvəllüdlü Məmmədov Müslüm Tahir oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.