x
Loading...

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert keçirilib - FOTO

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert keçirilib - FOTO
16:05 3 May 2017
Ölkə mətbuatı
A- A+
.

Mayın 02-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert keçirib.

Milli.Az bildirir ki, konsertdə Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev "İldırımlı yollarla" baletindən gitara çalan qızların rəqsi, F.Əmirov "Azərbaycan dağlarında", İ. Abdullayev "Payız", V.A.Motsart "Alleqro", F.Qossek "Tamburin", Polunin "Konsertino" kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/541299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR