"Barselona"nın argentinalı futbolçusu Lionel Messi Suriyada 1600 şagirdin təhsil həyatına davam edə bilməsi üçün 20 sinif inşa etdirib.

Metbuat.az bildirir ki, UNICEF-in elçisi olan ulduz futbolçu eyni zamanda, burada təhsil alan şagirdlərdən 60%-nin təhsil xərclərini ödəyəcək. O, bu haqda belə deyib: "Günümüzdə müharibənin fəsadları çox ciddidir. Bir ata və UNICEF-in elçisi olaraq qəlbim sarsılır. Döyüşlərin sona çatmağı üçün əlimizdən gələni əsirgəməməliyik".

Orxan / Metbuat.az