Ronaldo "Real"ın heyətindən kənarlaşdırıldı

"Real" "Qranada" ilə səfər matçına tam heyətlə çıxmayacaq.

Metbuat.az bildirir ki, "Kral Klubu" Kriştiano Ronaldo, Qaret Beyl və Daniel Karvahalın xidmətindən bu oyunda yararlana bilməyəcək.

Ronaldonun oynamamasına nə zədə, nə də cəza səbəb olub. Belə ki, sarı vərəqə limitini doldurmaq üzrə olan portuqaliyalı ulduza baş məşqçi Zinəddin Zidan istirahət vermək qərarına gəlib. Baş məşqçi onun "Sevilya" ilə vacib oyundan öncə limiti dolduraraq cəzalı duruma düşməsini istəmir.

Beyl və Karvahal isə zədə səbəbindən oynamayacaq. // Fanat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR