Kolumbiya prezidenti Xuan Manuel Santos ölkəsində sel fəlakəti və torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 370-ə çatdığını açıqlayıb.

Metbuat.az bildirir ki, prezident Cali şəhərində yağışlı mövsümlə əlaqədar təbii fəlakətlərə həsr olunmuş konfransda bu haqda məlumat verib. 76 nəfərin itkin düşdüyü diqqətə çatdırılıb. Səlahiyyətli orqanlara daha diqqətli olmaları və axtarış-xilasetmə işlərinin intensivləşdirilməsi tapşırılıb.

Orxan / Metbuat.az