Türkiyənin Bursa şəhərində qəzet reaksiyasına silahlı hücum olunub.

Metbuat.az bildirir ki, 3 nəfər əvvəlcə redaksiyanın önünə gələrək qapının zəngini çalıblar. Ardınca isə atəş açıblar. Hadisə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Hazırda həmin şəxslərin ələ keçirilməsi üzrə işlər davam etdirilir.