“Eurovision” mahnı müsabiqəsi bu il 62-ci dəfə keçirilir. Ukraynanın paytaxtı Kiyevdə baş tutacaq olan yarışmanın final mərhələsi mayın 13-nə təsadüf edəcək.

Metbuat.az-ın məlumatına görə, bu gün müsabiqənin ilk yarımfinal mərhələsi keçiriləcək. 18 ölkənin finala çıxmaq uğrunda yarışacağı gecədə Azərbaycan təmsilçisi Dihaj da səhnədə olacaq.

Qeyd edək ki, 8-ci ifa haqqı məhz təmsilçimizdə olacaq.

Beləliklə, səhnəyə çıxma ardıcıllığına uyğun olaraq, birinci yarımfinal mərhələsinin iştirakçılarını sizə təqdim edirik:

1. İsveç


2.Gürcüstan


3. Avstraliya

4. Albaniya


5.Belçika


6.Çernoqoriya


7.Finlandiya


8.Azərbaycan


9. Portuqaliya


10.Yunanıstan


11.Polşa


12. Moldova


13. İslandiya


14.Çexiya

15.Kipr


16.Ermənistan



17.Sloveniya


18.Litva