Türkiyənin Manisa şəhərində bir neçə əyalətin istifadə etdiyi böyük zibilxanada yanğın baş verib.

Metbuat.az bildirir ki, yanğının qaz sızması nəticəsində əmələ gəldiyi deyilir. Yanğının söndürülməsi üçün əraziyə bir helikopter və yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının coğrafiyasının böyüməsinə əsən güclü külək təsir edib. Yanğının yaxınlıqdakı meşəyə keçməməsi üçün onun nəzarətə götürülməsi üzrə tədbirlər davam etdirilir.