Türkiyənin Konya şəhərində toydan qayıdanları daşıyan avtobusun aşması nəticəsində 20 nəfər xəsarət alıb.

Metbuat.az bildirir ki, qəza Konya-Kadınhanı magistralının 8-ci kilometrliyində qeydə alınıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu deyilir.