Bakıda bağlı qapı arxasında qalan şəxs ölü halda tapılıb.

Metbuat.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilin qapısı açılıb və 1936-cı il təvəllüdlü Qruliyeva Mina Nikolayevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:33-də başa çatıb.