Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron innaqurasiya mərasimindən əvvəl eks-prezident Fransua Ollandla görüşüb.

Metbuat.az bildirir ki, yarım saata qədər davam edən görüşdə Olland 300 yaxın olan nüvə başqlıqlarının kodlarını Makrona təhvil verib. Keçim prezident Makron və jurnalistlər tərəfindən alqışlarla yola salınıb. Daha sonra ölkə tarixində ən gənc prezident hesab olunan 39 yaşlı Makrona I Napaleonun taxdığı Legion d'honneur təqdim olunub. Mərasimdə prezidentin həyat yoldaşı Bricit Makron və bir çox siyasətçilər iştirak edib.