Azərbaycan karateçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında çempion olub.

Metbuat.az bildirir ki, karate (kata) yarışının finalında təmsilçimiz Roman Heydərov Türkiyə idmançısı Mehmet Yakanla qarşılaşıb.

Yekunda 3:2 hesabı ilə qalib gələn karateçimiz qızıl medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.