Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir paracüdoçumuz qızıl medal qazanıb.

Metbuat.az bildirir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançıların final görüşündə təmsilçimiz Ramil Qasımov özbəkistanlı Feruz Sayidov qarşılaşıb.

Rio-2016 çempionu R.Qasımov həlledici görüşdə rəqibinə qalib gələrək Azərbaycana növbəti qızıl medal qazandırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.