İnsanlar təbiəti dəyişdirdikləri kimi, təbiət də öz sakinlərinin yaşayış tərzini dəyişdirir. Başqa sözlə desək, Yer üzündə bir sıra təbii fəlakətlərin baş verməsində antropogen amillərin də müəyyən rolu var. Okeanların, dənizlərin çirkləndirilməsi, bir çox heyvanların nəslinin kəsilməsi, ekoloji problemlərin ortaya çıxması məhz insan amilindən irəli gəlir.
Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, təbiət bizə yeni-yeni "sürprizlər" hazırlayır. Bu dünyanın bir sıra şəhərlərinin yaxın vaxtlarda Yer üzündən silinməsi ilə bağlıdır. Ekspertlər bildirirlər ki, dünyanın bir neçə iri şəhəri yaxın vaxtlarda yoxa çıxacaq.
Yer üzünün ayrı-ayrı ölkələrində yaşayan bir neçə milyon insan öz yurd-yuvasından, yaşadıqları şəhərlərdən didərgin düşəcəklər. Planeti gözləyən yeni fəlakətlərin səbəbləri sırasında təbii amillər olsa da, bu məsələdə antrpoloji faktorlar da mühüm rol oynayır.
Metbuat.az yaxın vaxtlarda Yer üzündən silinəcək şəhərlərin siyahısını təqdim edir:
Dünyanın ən romantik şəhərlərindən olan Venesiya yaxın vaxtlarda Pompey şəhərinin aqibətini yaşayacaq. Alimlər bu şəhərin işıqlı gələcəyinin olmadığını bildirirlər.
Bunun səbəbi kimi şəhərin həddən artıq yüklənməsi göstərilir. Məsələ burasındadır ki, Venesiyanın yaşayış binaları suyun və rütubətin həddən artıq olduğu şəhər üçün ağır yükə çevrilib.
Elə təkcə bunu qeyd etmək yerinə düşür ki, bu gözəl məkan son 50 ildə 24 santimetr çöküb. Alimlər bunun adi normadan 20 dəfə çox olduğunu vurğulayırlar.
Venesiyanın məhvi təhlükəsi ildən-ilə daha da artır. Bütün təhlükələrin qarşısını almaq üçün 3 milyard avrodan çox pul xərclənib. Lakin sonralar müxtəlif səbəblər üzündən bu istiqamətdə hazırlanan növbəti layihələr dayandırılıb. Əsas səbəb kimi korrupsiya amili önə çəkilir. Məlum olub ki, şəhərin meri və 8 yüksək vəzifəli məmuru şəhərin xilas edilməsi üçün ayrılmış külli miqdarda pulu xərcləyib. Məmurların hamısı indi həbsdıdir. Venesiya isə batır...
ABŞ-ın Kaliforniya ştatının şəhəri San-Fransisko seysmik cəhətdən olduqca təhlükəli ərazidə yerləşir. Elə həmin səbəbdən bu şəhərdə tez-tez yeraltı təkanlar baş verir.
Seysmoloqlar bildirirlər ki, qarşıdan gələn illərdə San-Fransiskoda 8 bal gücündə zəlzələ baş verəcək və şəhərin 75 faizi dağılacaq.
Şəhər göydələnlərin çoxluğu ilə seçilir. Həmin binalar hətta 6 bal gücündə zəlzələyə tab gətirmək gücündə deyillər
Buna görə də bəzi sakinlər son vaxtlar San-Fransiskonu tərk etməyə başlayıblar.
Malinin şimalında yerləşən, əsrarəngiz gözəlliyə, tarixi abidələrə malik olan, yaşı min illərlə ölçülən Timbukto şəhərini gələcək nəsillər heç zaman görməyəcəklər. Güclü küləklərin gətirdiyi qum tufanı 60 min əhalisi olmuş şəhərin get-gedə boşalmasına, onun yaşayış məskəni kimi sıradan çıxmasına səbəb olur.
Tarixi keçmişlə müasirliyi özündə birləşdirən bu gözəl şəhər yaxın illərdə Yer üzündən silinəcək.
Kontinental Afrikada ərazicə ən kiçik dövlət olan Qambiya da yaxın illərdə şəhərini itirəcək ölkələr siyahısındadır. Nə qədər təəccüblü olsa da, bu ölkənin hansısa böyük şəhəri yox, paytaxtı Yer üzündən silinəcək.
Çünki Bancul şəhəri kəskin iqlim dəyişikliyinə məruz qalır. Qərbdən Atlantik okeanının suları ilə sərhəd olan ölkənin baş şəhəri okean suları altında qalacaq. Artıq suyun həcmi bir metrədək qalxıb. Buna görə də çəltik becərilən ərazilərin əksəriyyəti istifadəyə yararsız hala düşüb. Bu gedişlə XXI əsrin ortalarında şəhərin əksər hissəsi suyun altında qalacaq.
Turistlər üçün ən maraqlı şəhərlərdən olan Neapol da tarixin arxivinə qovuşacaq. Alimlər Vezuvi vulkanının aktivləşməsi haqda həyəcan təbili çalaraq, böyük ərazilərə yayılacaq odlu lavaların bu şəhərə öldürücü təsir bağışlayacağını deyirlər. Məhz bu vulkan eramızdan əvvəl Pompey şəhərini onun sakinləri ilə birlikdə məhv etdi.
Kriminal hadisələrin gündən-günə çoxaldığı Detroyt şəhəri... Fasiləsiz, demək olar hər gün davam edən qarətlər, zorlamalar, qətllər, sui-qəsdlər son illər bu şəhərin əhalisinin sayını 3 dəfə azaldıb.
ABŞ-ın ən təhlükəli şəhəri elan edilmiş Detroytun əvvəllər 19 milyon sakini olub. İndi isə burada cəmi 700 minə yaxın insan yaşayır.
Bundan əlavə, şəhərdə işsizliyin səviyyəsi də yüksəkdir.
Tailandın əvvəllər 7 milyon insan yaşamış Banqkok şəhəri də məhvə doğru gedir. Bu səbəbdən indi onun cəmi 5,6 milyon sakini qalıb.
Şəhərin bəzi küçələri son illərdə sular altında qaldığından sakinlər qayıqlardan istifadə etməyə məcbur olublar. Sular altında qalan şəhərin bəzi sakinləri indi onu tərk etmək istəməsələr də, yaxın gələcəkdə hətta ən etibarlı insanlar belə, yaşayış üçün vəziyyətin daha da pisləşdiyi Banqkokdan köçüb getməli olacaqlar.
Alimlər bu barədə indidən həyəcan siqnalı çalır, hələlik şəhəri xilas etməyin mümkün olduğunu bildirirlər. Lakin faktlar göstərir ki, Tailand rəhbərliyi problem haqda düşünmür.
Yaxın vaxtlarda yer üzündən silinəcək şəhərlərin siyahısında Meksikanın paytaxtının da adı var. Ekspertlərin sözlərinə görə, əvvəllər milyonlarla sakinin yaşadığı Mexiko indi tədricən çökür. Son 65 ildə şəhərin bəzi yerlərində 9 metrədək dərinliyi olan çöküntülər yaranıb.
Bu şəhərlər Yer üzündən silinəcək
Həmçinin oxu
Konqoda Eboladan ölənlərin sayı 4 mini keçdi
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hasil Abbasov ona vəzifə verdi
Bu gün
·
16:20
Azərbaycan və Ermənistan nümayəndələri TRIPP üzrə görüş keçirib
Bu gün
·
16:10
Məleykə Əsədovanın ailəsinə ağır itki - FOTO
Bu gün
·
15:56
Azərbaycan bu ölkəyə neft ixracını azaldıb
Bu gün
·
15:42
Pensiya hesablanması dəyişir - Kim nə qədər alacaq?
Bu gün
·
15:28
Prezident onu vəzifədən azad etdi - YENİ TƏYİNAT
Bu gün
·
15:24
9 kiloqramlıq qızıl külçə tapdı - 750 min dollara satıldı
Bu gün
·
15:15
Xəsarət alan müavin Qurbanovun qohumu imiş - FOTO
Bu gün
·
15:07
ADY Çindən qəbul etdiyi blok-qatarların sayını artırıb
Bu gün
·
15:04
Naxçıvanda vergi daxilolmaları artıb
Bu gün
·
14:39
Azərbaycan fındıq ixracını artırıb
Bu gün
·
14:16
Avtobus marşrutlarına onlayn bilet satışı artıb
Bu gün
·
13:47
Konqoda Eboladan ölənlərin sayı 4 mini keçdi
Bu gün
·
13:46
Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Bu gün
·
13:34
Əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Bu gün
·
13:14