Məşhur azərbaycanlı repçi həyat yoldaşından ayrıldı

"Klan A Plan" qrupunun keçmiş üzvü, repçi Qurd (Fərid Eminov) bir müddətdir ki, efirlərdə az görsənir.

Metbuat.az-a açıqlama verən repçi bu haqda və şəxsi həyatında baş verən yeniliklərdən danışıb:

“Efirlərdə çox olmağı xoşlamıram. İşlərimi sənətimlə göstərməyə önəm verirəm. Konsertlərlə, partilərlə sənətimi göstərirəm. Şükür Allaha ki, adım üstümdədi. Efirlərdə olanların çoxu sənəti olmayanlardır. Özlərini efirə soxub camaatın gözünü "mazol" eləməyə çalışırlar. Mən yalnız dəvət alanda efirə çıxıram. Çox nadir hallarda özüm efirə çıxmaq üçün müraciət edirəm ki, ehtiyacım var. Mən sakit adamam, şou-biznesdə hamıyla normal münasibət saxlayıram. Nəyi bölüşdürə bilməyək ki, hələ dava da edək. Əlbəttə ki, rəqiblərim var, bəziləri üzə gülür, bəziləri açıq şəkildə pislik eləməyə çalışır. Amma mən heç kimə fikir vermirəm. Sənətimlə məni sevirlər. Maşallah da konsertlərimdə 2000, 3000, 5000 adam olur. Çox adam ayrıldığımı bilmir. Hələ ki, ailə qurmaq fikrim yoxdur”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR