Play Store

Brilliant Dadaşova: "Bir oğlum var, nə edim, qorxuram"

Brilliant Dadaşova: "Bir oğlum var, nə edim, qorxuram"
16:52 18 May 2017
Ölkə mətbuatı
A- A+

Xalq artisti Brilliant Dadaşova uzun fasilədən sonra "5/5" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni proqrama göbəyiaçıq paltar geyinib.

B.Dadaşova hər zaman formada qalmağının sirrini açıqlayıb:

"Sadəcə özüm yox, bütün ətrafıma deyirəm ki, idmanla məşğul olmaq lazımdır. Təkcə gözəllik üçün yox, sağlamlığa da xeyirdir. Özümüz kimi, bədənimizi də tərbiyə etməliyik. Dünyada bu sağlam yaşam tərzi o qədər inkişaf edib ki... Artıq bizim ölkədə də inkişaf edir".
 
B.Dadaşova bir müddət əvvəl oğlu Cahadla boks edərkən yayılan videosundan da danışıb:

"Dostlarımla gəzməyə gedirdim, gördüm boks əlcəkləri qapının yanındadır. Dedim ki, ehtiyatlı ol, burnun sınar. Oğlum bir dənədir, nə edim, qorxuram. Qayıtdı ki, heç nə olmaz. Mən də dedim, indi özüm sənin burnunu sındıracam. Elə bilirəm əlcəyi geyinəndə, üzə asan yumruq vura bilərsən. Gördüm ki, yox, çətin imiş".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/546089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR