Dövlət Miqrasiya Xidmətinin rəisi Avstriyada bir sıra rəsmilərlə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi Avstriyada bir sıra rəsmilərlə görüşüb
20:02 18 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Vyanaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Xidmətdən "Report"a verilən məlumata görə, onun səfər çərçivəsində Avstriya Federal Daxili İşlər Nazirliyinin Sığınacaq, Miqrasiya, Vətəndaşlıq, Vətəndaşlıq vəziyyəti məsələləri və İnsan Hüquqları üzrə Baş direktorluğunun, həmçinin Polis, mülki müdafiə və böhran vəziyyətlərinin idarəolunması üzrə Baş direktorluğunun, o cümlədən İmmiqrasiya və Sığınacaq üzrə Federal Ofisin və Dublin və Beynəlxalq əlaqələr üzrə departamentin rəhbərləri ilə keçirdiyi görüşlərdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşlərdə F.Nəbiyev Azərbaycanla Avstriya arasında dostluq münasibətləri barədə ətraflı söhbət açıb.
Qeyd edib ki, ölkədə 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsinə başlanılıb və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Miqrasiya Xidmətinə həvalə edilib.
Xidmət rəisi vurğulayıb ki, ötən dövrdə Azərbaycanda miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi ilə bağlı dövlət tərəfindən bir sıra ciddi addımlar atılıb.
Xidmət rəisi ölkəmizdə multikultural dəyərlərə verilən önəmdən bəhs edib və bu günə qədər miqrantlara münasibətdə milli, etnik və dini zəmində heç bir hüquq pozuntusunun qeydə alınmadığına diqqət çəkib.
F.Nəbiyev xidmətin Vahid Miqrasiya Məlumat Sisteminin əcnəbinin ölkəyə gəldiyi vaxtdan ölkəni tərk edənə qədər harada qalması, yaşaması, işləməsi və s. məsələlərinin tam nəzarətdə saxlanılmasına imkan verdiyini deyib.
O, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində bir milyon qaçqın və məcburi köçkün axını ilə üzləşdiyini, bu gün də təcavüzün davam etdirildiyini bildirib və Azərbaycan hökumətinin hələ də qaçqın və məcburi köçkün həyatı yaşayan həmin insanların problemlərinin həlli üçün gördüyü işlər barədə danışıb.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/dovlet-miqrasiya-xidmetinin-reisi-avstriyada-bir-sira-resmilerle-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR