Tramp Rusiya ilə gizli iş birliyini təkzib etdi

ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Xuan Manuel Santos ilə Ağ Evdə birgə mətbuat konfransı təşkil edib.

Metbuat.az bildirir ki, Ədalət Nazirliyinin Rusiyanın ABŞ-da keçirilən seçkilərə təsir etməyə istiqamətlənmiş iddialara görə açılan istintaqı icra etmək üzrə xüsusi səlahiyyətli prokuror təyin edilməsi ilə bağlı verilən suala Tramp belə cavab verib: "Buna hörmətlə yanaşıram. Ancaq mövzu bir cadugər ovudur. Mənim kampaniyamda ruslarla iş birliyindən söhbət gedə bilməz. Bu, ölkəni parçalaya bilər. Rusiya ilə gizli anlaşmamız yoxdur, inanın mənə".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR