Azərbaycanlı aktyorlar mükafatlandırılıblar - FOTO

Azərbaycanlı aktyorlar mükafatlandırılıblar - FOTO
11:27 19 May 2017
Ölkə mətbuatı
A- A+

Ötən gün ölkəmizdə Beynəlxalq Muzeylər günü qeyd edilib. Bu münasibətlə AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Muzey "Təşəkkür edir"" adlı tədbir keçirilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı sözügedən tədbirdə mükafata layiq görülüb.

Milli.Az bildirir ki, tədbirin həyata keçirilməsində əsas məqsəd 2017-ci ilin birinci yarısında muzeyin elmi-mədəni və ictimai tədbirlərinin təşkilində fəal iştirak edənləri mükafatlandırmaq olub.

Belə ki, cari ilin fevral ayında adıçəkilən muzeyin və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə muzeydə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "26-cı ümid" adlı anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rəssamı, Azərbaycan Rəssamlar və Teatr Xadimləri İttifaqının üzvü Elşən Sərxanoğlunun "26-cı ümid"adlı triptix formalı rəsm əsərinin təqdimatı və teatrımızın aktyorlarının ifasında eyniadlı kompozisiya nümayiş etdirilib.

Kompozisiyada çıxış edən teatrın istedadlı aktyorları Zemfira Əbdülsəmədova, Səbinə Məmmədova, Anar Seyfullayev, Bəhram Həsənov, texniki heyət nümayəndələri Rəhilə Məlikova, Rafael Xəlilov, Zaur Rəşidov, Ramiq Nəsirov "AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "26-cı ümid" adlı anım tədbirinin təşkili və keçirilməsində fəal iştirakına görə" muzeyin döş nişanı və "Təşəkkürnamə"si ilə təltif olunublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/546367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR