Play Store

Bu şəhərdə gündə 3 nəfər öldürülür, polislər qatildirlər

Bu şəhər dünyanın ən təhlükəli, qorxulu, qəddar şəhəridir. Rəsmi statistikaya görə, həmin şəhərdə gündə 3 nəfər qətlə yetirilir.

Metbuat.az bildirir ki, bu Hondurasdakı San Pedro-Sula şəhəridir. İqtisadiyyatın çox zəif, korrupsiya və mütəşəkkil cinayətkarlığın həddən çox olduğu bu şəhərdə insan həyatı az qala heçə sayılır.

Polisin rüşvətxorluğu və zəifliyi, yoxsulluq, narkokartellərin özlərini çox rahat hiss etməsi nəticəsində şəhərdə axan qanlar səngimir.

Hətta, şəhərdə polis də qatillik edir. Lakin polisin dinc insanları öldürməsi ilə bağlı bir hadisə belə, araşdırılmayıb və kimsə də cəzalandırılmayıb.

"Dünyanın ən qorxulu, təhlükəli şəhərləri" reytinqinin ilk onluğu isə belədir: 1. San Pedro-Sula (Honduras) 2. Akapulko (Meksika) 3. Karakas (Venesuela) 4. Mərkəzi məhəllə (Honduras) 5. Torreon (Meksika) 6. Maseyo (Braziliya) 7. Kali (Kolumbiya) 8. Nuevo-Laredo (Meksika) 9. Barkisimeto (Venesuela) 10. Joao Pessoa (Braziliya)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR