Filippində İŞİD-lə əlaqəli olduğu açıqlanan Əbu Səyyaf təşkilatı Maravi şəhərindəki katolik kilsəsinə hücum edib.

Metbuat.az bildirir ki, kilsənin rahibi və oradakı digər 14 nəfər girov götürülüb. Hökumət qüvvələrinin ərazidən çəkilməyəcəyi təqdirdə girovların öldürülməsi ilə bağlı hədələrin olduğu deyilir. Ordu əksər yolları bağlayıb. Hadisə ilə bağlı tədbirlər davam etdirilir.