Braziliyanın paytaxtı Braziliada ölkə başçısı Maykl Temerə qarşı etiraz aksiyaları davam edir.
Metbuat.az bildirir ki, bir neçə nazirliyə etirazçılar tərəfindən hücum olunub. Polislə qarşıdurmalar zamanı 49 nəfər xəsarət alıb. Bir neçə nəfər həbs olunub. Polisin gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etməsi etirazçıları daha da qəzəbləndirib. Dövlət əhəmiyyətli binalarda təhlükəsizliyə nəzarət edən qüvvələrin sayı artırılıb.