İlgiltərədə səhər saatlarından yaşanan kiber hücumdan dolayı paytaxt Londondakı "Heathrow" hava limanındakı bütün uçuşlar təxirə salınıb.

Metbuat.az bildirir ki, kompüter sistemlərində nasazlıq yaranan ingilis hava yolu şirkəti "British Airways" Lissabon, Roma və ABŞ uçuşları başda olmaqla, bütün uçuşları kiber hücum səbəbiylə ləğv edib. Təyyarələrə minmək üçün hava yollarına gələn sərnişinlərin çoxluğu sıxlıq yaradıb. Şirkətdən verilən açıqlamada bütün sərnişinlərin hüquqlarının tezliklə bərpa olunacağı açıqlanıb.