Çinin Şanşi əyalətinin paytaxtı Tayyüendə keçmiş polis Çao Lipinq rüşvət almaq, qeyri-qanuni silah və partlayıcı maddə saxlamaqda şübhəli bilinərək ölüm cəzasına məhkum olunub.

Metbuat.az bildirir ki, Çao qərarın açıqlanmasından dərhal sonra edam edilib. O, 2008-2010-cü illərdə bəxşiş adı altında 23 milyon 680 min yuan (təxminən 6 milyon manat) rüşvət almaq və 2015-ci ildə bir qadını öldürməkdə günahkar hesab olunub.