Ermənistanın hüquq-mühafizə orqanları Gürcüstanla sərhəddə yerləşən “Bavra” gömrük məntəqəsinin rəisini rüşvət almaqda ittiham edərək həbs edib.

Metbuat.az bildirir ki, gömrük rəisi mayın 25-də Xüsusi İstintaq Xidməti tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. // APA