Metbuat.az dünyada əhali sayına görə ən çox milyarderin olduğu ölkələri təqdim edir:

Tayvan

Ölkədə 33 nəfər milyarder var. Əhali sayı 23 milyon 456 min 545 nəfər olan Tayvanda hər 701 804 adama bir milyarder düşür.

Küveyt

Bu ölkədə 5 nəfər milyarder var. Ölkə əhalisi 3 milyon 268 min 431 nəfərdir. Küveytdə 653 min 686 adama bir milyarder düşür.

ABŞ

ABŞ-da 536 milyarder yaşayır. Ölkənin əhalisi 321 milyon 369 min nəfərdir. ABŞ-da hər 599 min 569 adama bir milyarder düşür.

Livan

7 nəfər milyarder var. Əhalisi 4 milyon 104 min nəfərdir. Hər 586286 adama bir milyarder düşür.

Norveç

Norveçdə 10 nəfər milyarder var. Əhalisi 5 milyon 177 min nəfərdir. Hər 517 min 700 adama bir milyarder düşür.

İsrail

İsraildə 17 milyarder fəaliyyət göstərir. Əhali 8 milyon 358 min nəfərdir. Hər 491 min adama bir milyarder düşür.

İsveç

Ölkədə 23 milyarder var. Əhalisi 9 milyon 784 min 445 nəfərdir. Hər 425 min adama bir milyarder düşür.

İslandiya

Ölkədə yalnız 1 nəfər milyarder var. Əhalisi 329 min 740 nəfərdir.

Sinqapur

Ölkədə 19 nəfər milyarder var. Əhalisi 5 milyon 469 min 700 nəfərdir.

İsveçrə

Ölkədə 29 milyarder var. Əhalisi 8 milyon 256 min nəfərdir.

Kipr

Ölkədə 5 milyarder var. Əhalisi 858 min nəfərdir.

Honk-Konq

Ölkədə 55 milyarder var. Əhalisi 7 milyon 264 min 100 nəfərdir

Monako

Ölkədə 3 nəfər milyarder var. Əhalisi 37 min 800 nəfərdir.